“Vest Hem”in futbolçusu tarixə düşdü

“Fiorentina”nı məğlub edərək (2:1) UEFA Konfrans Liqasını qazanan “Vest Hem”in futbolçusu Emerson Palmieri UEFA təşkil etdiyi beş yarışın hər birini qazanan ilk oyunçu kimi tarixə düşüb.

Belə ki, o, 2019-cu ildə Avropa Liqasını, 2020-ci ildə Avropa Çempionatını, 2021-ci ildə Çempionlar Liqası və UEFA Super Kubokunu və nəhayət 2023-cü ildə Konfrans Liqasını qazanıb.

0.4439709186554