Bədrəddin ..., ayə Bədrəddin bəsdir yatdın, qalx gedək evə, ayıbdır...
Cümhuriyyət Xalq Partiyası parlamentdə yerlərin 35 faizını qazanaraq iqtidar partiyasına əsas rəqib oldu. CHP parlamentdə digərz müxalif partiyalarla birləşərək parlamentin spiker vəzifəsinə öz sədrinin namizədliyini irəli sürüb. Səsvermə nəticələri elan olunanda, CHP sədri gözlərini bir neçə saniyəlik yumur və budur elan....
Bədrəddin ..., ayə Bədrəddin bəsdir yatdın, qalx gedək evə, ayıbdır, içib yatmısan xalqın evində...
Əziz oxucu, yəqinki başa düşdüz ki, “CHP” deyəndə, söhbət dünyada tanınmış Türk Cümhuriyyət Partiyasından getmir. Söhbət Azərbaycan vətəndaşların arasında 99,999% tanınmayan, siyasi partiya sədrlərin arasında 50% tanınan, media nümayəndələrin arasında 70% tanımayan, dövlət strukturlar arasında (FHN və Gömrük istisna olmaqla) 90% tanımayan Bədrəddin Quliyevdən gedir.
FHN və Gömrükdə işləyən minlərlə əməkdaşları birdən deyərlər ki, bizdə onu tanımırıq, haqlı olarlar. Bəli, hörmətli Gömrük və FHN əməkdaşları həqiqətən də Bədrəddin Quliyevi tanımırlar, amma onların rəhbərləri çox yaxş tanıyırlar...
90-cı illərin sonunda 2000-ci illərin əvvələrində Bədrəddin Quliyev ailəni dolandırmaq üçün çətinlik çəkirdi. Özünü verirdi gah Əli Kərimlinin tərəfinə, burada heç nə alınmayanda, keçirdi İsa Qəmbər tərəfinə.
İsa Qəmbər kimdir, Əli Kərimli kimdir soruşasız. Yaxın keçmişə belə bir partiya sədri var idi İsa Qəmbər. O da yığmışdı öz ətrafına tanınmamış 6-7 partiya bir siyasi blok yaratmışdır “Bizim Azərbaycan”. Həmin blokda Bədrəddin Quliyev az da olsa “çörək” tapdı. İsa Qəmbər Qərb dairələrdən aldığı milyonlarla pullardan bu blok üzvlərinə tula payı verirdi. Seçkilər qurtarandan sonra Bədrəddinin o tula payı da kəsildi.
Bədrəddin Quliyev küçələrdə veyinlənərək, o partiya sədri, bu partiya sədrini pul istəməkdən bezdirmişdir. Bir partiya sədrinib məsləhətilə, borc götürərək, Bədrəddin gedir Türkiyəyə, TCHP ilə tanış olmağa.
Bir neçə müddətdən sonra Bədrəddin Quliyevin səs-sorağı gəlir. Hardan? Azərbaycan sərhədlərindən Bədrəddinin bəyanatı mediada gündəm olur ki, “mənim malımı gömrükçülər saxlayıb”. Dayanmadan hər gün verdiyi bəyanatlar, tələblər axır ki, öz bəhrəsini verdi. O vaxt ki, prezident administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov onunla görüşürək Bədrəddinə tikinti materialların gətirilməsinə müəyyən kvotanı deyir. Bədrəddin razılaşaraq tikinti materialların biznesinə başlayır və Kəmaləddin Heydərovla tanış olur.
Bir müddətdən sonra Bədrəddin Quliyevi tanımaq olmur. “Pul adamı qudurdur” belə deyirlər. Hamıya aid olmasa da, bu, Bədrəddinə aiddir. Vaxtı ilə “zabeqalovkalarda” oturan Bədrəddin, indi vip restoranlarda görünürdü. Artıq pula pul demirdi...
Düz 2018-ci ilə gədər “siyasəti” və “partiya işlərini” kənara qoyaraq, başını aşağa salıb bizneslə məşqul idi. 2018-ci ildə hakimiyyətdə islahatlar başlandı. Yeni kadırlar vəzifələrə gətirildi. Artıq iqtidar müxalifətlə dialoqu, görüşlərə başladı. Siyasətdə illər boyu görsənməyən birpapkalı partiya sədrlərin, Bədrəddin də daxil, bəxtləri açıldı. Birpapkalı partiya sədri Bədrəddin Quliyev tanınmış, illər boyu fəaliyyət göstərən partiyalarla bərabər oldu.
Amma hələ də ayıra bilmir ki, “partiya” sədri olaraq hakimiyyət nümayəndələrin kiminlə görüşməlidir. Bu yaxınlarda onun youtub kanalların birində danışarkən Hikmət Haciyevlə görüşmək istədiyini deyir... Bu Bədrəddin hələ də bilmir ki, hörmətli Hikmət Haciyev Prezident Administrasiyasinda hansı sahəyə cavabdehdir.
Yaşadığı məhlədən kənar tanınmayan Bədrəddin Quliyev deyir ki, prezident İlham Əliyev partiya sədrləri yığıb Ermənistanla danışıqlar prosesini danışmalıdır, məsləhətləşməlidir....
Burada bir meyxana sözləri yada düşür – “Ala, ti kto takoy. Davay do svidaniya”.
Bütün bunlardan sonra isə olaylar.az-ın 2013-cü ilin fevralında yaydığı bir lətifəni xatırlatmaq yerinə düşər:
“Türkiyənin paytaxtı Ankara şəhəri. Hökumət evi. Baş nazirin kabineti. Rəcəb Tayyib Ərdoğan dilxor halda oturub. Xarici işlər naziri içəri girir. Ərdoğan soruşur:
– Sayın cümhurbaşqanın Serj Sərkisyanı təbrik etməsinə azərilərin təpkisi nə?
Xarici işlər naziri sakit tərzdə:
– Vallahi, sayın baş bakan, çox kızmışlar…
Ərdoğan:
– Kimlər kızmış?
– A kişi, sağlı, sollu hər kəs. Vəziyyət pisdi e.
– Sən mənə CXP lıderi Bədrəddin Quliyevdən danış. Sayın Quliyev kızdımı?
– Hənuz yox.
-Ərdoğan rahat nəfəs alır:
– O zaman boş ver, o birilərini. Əsas Bədrəddin bəydi, bizə o qızmasın.
Bədrəddin ..., ayə Bədrəddin bəsdir yatdın, qalx gedək evə, ayıbdır...
Baku News siyasət şöbəsi