Müxalifətin cığallığı
“Siyasi partiyalar haqqında” Qanunun tələblərinə görə 5 min üzvün reyestr siyahısı Ədliyyə Nazirliynə təqdim edilməliyidi. Yeni qanun qəbul olunandan qabaq, bəzi partiyalar üzvlərin sayı ilə bağlı sual verəndə, real olmayan rəqəmlər səsləndirirdilər. 20, 30 hətta 50, 80 min üzvlərin olduğu olan partiyalar var idi. Fərz edək ki, bu partiyaların həqiqətən 20 min üzvü var. Onda sual yaranır: Niyə 20 min üzvü olan bu partiyalar Tik-Tok və digər sosial şəbəkələrdən müraciət edirdilər ki, gəlin partiyaya üzv olun? Onda hanı sizin dediyiniz 20 min üzv? Deməli, hər şey yalan imiş. Ədliyyə Nazirliyinin yoxlamağın nəticələrinə görə bu partiyaların heç 500 üzvü yoxdur. İndi özlərini müxalifətin “aparıcı”, “ana”, “nənə” adlandıran bu partiyalar həyasızlıq edərək deyirlər ki, bu 6 ayda üzvlərdən kimsə ölə bilər. Bəli, nəyinki 6 ay ərzində kimsə rəhmətə gedə bilər, hətta indi, ərizəyə imza atandan 5 dəqiqə keçəndən sonra da...
Burda yenə də sizin yalanınız çıxır. Necə olur ki, partiyanın üzvü dünyasını dəyişir, partiyanın xəbəri olmur? Çünki partiyanızın strukturları mövcud deyil. Əqər partiyanızın rayon təşkilatları olsaydi, onda belə məlumatları sizə çatdırardılar. “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə görə reyestr məlumatların dəqiqliyinə görə partiya rəhbərliyi məsuliyyət daşıyır və məlumatların səhv olduğuna görə cərimələr nəzərdə tutulub.
İndi bu partiyalar keçiblər əməlli başlı şantaja. Belə partiyalardan biri, reallığdan uzağ olan REAL partiyasıdır. Açığı REAL-a partiya demək də düz gəlmir. 3 nəfərdən ibarət olan bu dərnək Azərbaycan hakimiyyətini Avropa Parlament ilə qorxudur. Day demə, bu dərnəyi Ədliyyə Nazirliyi qeydə almasa, onda bunların Azərbaycan Parlamentində nümayəndəsi Erkin Qədirli deputat mandatından imtina edəcək. “Mən bura təsadüfən düşmişəm”, “heç mən özüm də demokratik yolla deputat seçilməmişəm” deyən Erkin Qədirli bu vaxta gədər nəyi gözləyirdi? Demokratik yolla seçilməməsini deyən, amma 3 ildir parlamentə gedən Erkin Qədirli ilə hakimiyyəti şantaj edən İlqar Məmmədov və Natiq Cəfərli Avropa Məhkəməsinə üz tutacaqlarını deyirlər.
“Qoymayın, üstümə irasim gəlir”.
Sirr deyil ki, hazırkı dövrə qədər bir sıra müxalifətyönlü təşkilatlar xarici ölkələrdə fəaliyyət göstərən müəyyən anti-Azərbaycan dairələrdən qeyri-qanuni şəkildə qrantlar əldə edirlər. Bu həmin Natiq Cəfərlidir ki, hər ay gəzmək adı ilə, Gürcüstana gedib xarici donorlardan pul alıb Azərbaycana gətirir. Bu həmin İlqar Məmmədovdur ki, 2006-cı ildən işlətdiyi bloqunun məhz maliyyə vasitələri ilə saxladığını etiraf edir. Üstəlik, bloqunda 90-dan çox məqalə yazdığını bildirir və bunun üçün resurs-maliyyə xərcləndiyini bildirir. İndi bu İlqardan soruşan yoxdur ki, bu yazdığın “məqalələrə” görə, maliyyə aldığın dairələrlə bağlı hər hansı hesabat vermisənmi?
Bu sualları çox vermək olar, amma fakt budur ki, İlqar Məmmədov fəaliyyətinin əsas hissəsini anti-Azərbaycanın siyasət üzərində qurub, hətta onun ermənilərə loyallığı da dəfələrlə sübuta yetirilib.
Bu haqda gələn yazıda.
Baku News İnformasiya şöbəsi