Qubad İbadoğlunun fiaskosu
Radikal obrazını yaradan müxalifət bu gün də müəyyən xarici dairələrin əlində bir vasitə olaraq ənənəvi dağıdıcı mövqeyində qalmaqdadır. Nə özləri, nə də cəmiyyət qarşısında heç bir məsuliyyət daşımayan radikalçılar ənənəvi olaraq xarici ağalarından göstəriş alaraq Azərbaycanda ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə cəhdlər göstərirlər. Amma xalq bu şoumenlərin üstündən çoxdan xətt çəkiblər və bu qaragüruhçulara həmişəlik “yox” deyiblər.
“Yox” deyənlərin biri də Qubad İbadoğludur. Bu Qubad İbadoğluna “yox” deyən təkcə xalq deyil. Onun ətrafında olanlar da, başa düşüblər ki, Qubad psevdosiyasətçidir. Bunu başa düşərək Qubadın yaratdığı “partiyanı” tərk etdilər. Bu yaxınlarda sosial şəbəkələrdə Qubadın həbsini sanki Nelson Mandelanın həbsi kimi təqdim etmələri, bunların psixi xəstə olduğunu bir daha sübut etdi.
Ümumiyyətlə, bu radikal müxalifət liderləri özlərini kiməsə bənzətmələrini çox xoşlayırlar. İsa Qəmbər məşhur siyasətçilər kimi, bir ara siqaret əvəzinə trubkadan istifadə edirdi. Arif Hacılı özünü özünə demişkən mən “Lenin”əm. İlqar Məmmədov “Vatslav Gavel”ə, Əli Əliyev “Saakaşviliyə”, Əli Kərimli isə “Çe Ge Var”aya özlərini oxşadırlar. Sosial şəbəkələrdə öz liderlərini “M.Ə.Rəsulzadə” adlandırmaq üçün əsl savaş gedir. AXCP, REAL, Müsavat, ADR bir-birlərinin liderlərini təhqir edərək, öz sədirlərini Rəsulzadəyə bənzədirlər, onun davamçısı kimi qələmə verirlər. Dünya niyə dağılmır? Baxın, kimi kiminlə bərabər tutular, bənzədirlər. Sizlər nəyinki Rəsulzadəyə çata bilməzsiz, heç lideriniz Elçibəy kimi ola bilmədiz.
Qubad İbadoğlunun həyat yoldaşı Youtube kanalların birində deyir ki, “hanı xalq, niyə küçələrə çıxmır, Qubadın azad olunmasını tələb etmir”. Ay xanım, Qubad kimdir ki, xalq ona görə küçələrə çıxsın. Qubad o partiya, bu partiya üzvlərinə yalan vədlər verib “vinegret” salatına oxşar hərəkətlə, sonra partiya yaratmışdır. “Qrant magnatı” Qubadın verilən vədlərin boş olduğunu görən üzvlər kütləvi istefalar verdilər.
Bu ilin, iyulun 12-də, İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alınmışdır. Bu qurumu Milli Şurasının sədri Cəmil Həsənli, sabiq səfir Arif Şahmarlı (Məmmədov) və Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yaradıblar. Dəqiq məlumatlara görə, bu Fondun yaradılmasında FETÖ-nun xeyir-duası olub. Fondun yaranmasını elan olunandan sonra ilk maliyyə tranşı FETÖ-ya yaxın olan təşkilatlardan oldu. Qubad İbadoğlu və Cəmil Həsənli Amerikada olarkən, dəfələrlə Pensinvaniyə ştatında yaşayan Fətullah Gülənin yanına gediblər. Türkiyədə çevriliş etməyə cəhd edən FETÖ təşkilatı, terror təşkilat kimi tanınıb. Qubad və Cəmil bunu çox gözəl bilirlər. Məhz buna görə də, Azərbaycanın bu radikal müxalifəti, Türkiyədə prezident seçkilərində, Azərbaycan dövlətinin, xalqın dostu olan prezident Ərdoğanı yox, Azərbaycanı iri iqtisadi layihələrdə görmək istəmiyən Qılıcdaroğlunu dəstəkləyirdilər. Qubad İbadoğlu Azərbaycanda FETÖ təşkilatın fəaliyyətinin yenidən bərpa olunmasını tapşırıq alıb. Qubad İbadoğlu və Cəmil Həsənli ABŞ-nın digər fondlardan da külli miqdarda qrantlar alıblar. Məqsəd, Azərbaycanda siyasi gərginliyi artırmaq, ictimai-siyasi sabitliyi pozmaqdır.
Qərb ölkələri başa düşməlidirlər ki, qrant adı ilə verdiyi milyonlar, bu psevdomüxalifətin ciblərinə gedir. Bu psevdomüxalifət olan, Qubad İbadoğlu, Cəmil Həsənli, Əli Kərimli, İlqar Məmmədov və Arif Hacılının xalq arasında heç bir qəpik belə hörmətləri yoxdur. Bu radikal müxalifət də bunu yaxşı bilir. Ona görə də aldığı pulları ciblərinə qoyub, öz şəxsi ehtiyaclarına xərcləyirlər.
Bu 5-ci kolon və bunları maliyyəşdirən Qərb birdəfəlik bilməlidir ki, Azərbaycan güclü dövlətdir və arxasında güclü iradəsi olan xalq durub. Xalqın iradəsinə qarşı çıxanlar uduzacaqlar.
Baku News informasiya şöbəsi