Natiq Cəfərli “dahi iqtisadçı”

(Birinci yazı bu linkdə) https://bakunews.online/az/article/72476

Birinci yazımızda radikal müxalifətin cığallığından geniş bəhs etmişik.  30 il ərzində bu radikal müxalifətin ağa qara, qaraya ağ deməyi, məntiqsiz, bir çox hallarda rabitəsiz olan çıxışlar bunların “dərin ağıl” və “savadın” sahibi olduğunu göstərir. Başı boş olan bunlar, özlərinə professor, alim adlandırmağa  ətrafdakılarına tapşırıq veriblər. Vaxtı ilə laborant işləyən Əli Əliyevə “professor”,  Qubad İbadoğluna “elmlər doktoru, professor”, “iqtisadçı alim” Natiq Cəfərli, “tarixçi professor” Cəmil Həsənli müraciət edirlər.

 

Qısa bir araşdırmalar edəndən sonra, bir sualın cavabı tapılır. Niyə və necə bunlar belə “ağıllı” görsənirlər. Birinci ona görə ki, ətrafda  olan 3-5 nəfər bunlardan beş bətərdilər. İkincisi, araşdırmalar zamanı bu “alimlərin” saxta olduğu üzə çıxdı. Bu saxta alimlərin hamısı plagiatla məşğuldular. Misal üçün, “dahi iqtisadçı” Natiq Cəfərli. Xarici mətbuatda həqiqi iqtisadçı ekspertlərin çıxışlarını, məlumatlarını götürüb özünküləşdirib sosial şəbəkələrdə status paylaşır, internet TV-lərdə ağıllı sifətlə utanmadan danışır. Debatlarda isə ümumiyyətlə danışa bilmir. Çünki başı boş olan bu “alim iqtisadçi” iqtisadiyyətdan uzaqdır. İqtisadçı, millət vəkili Rüfət Quliyevlə debatlara baxın və hər şey aydın olacaq. Bu debatlarda “alim iqtisadçı” Natiq Cəfərli nin ümumiyyətlə iqtisadiyyətdan uzaq olduğunu şahidi olacaqsız. 

 

Natiq Cəfərlinin reyestrlə bağlı son açıqlamalar bir dəfə onun savadsızlığı biruzə verir. Baxın bu psevdo-iqtisadçi yazdığı statusda nə deyir: “Ədliyyə Nazirliyinin partiya üzvlərinin zənglə dəqiqləşdirməsi o qədər məntiqsiz, hüquqsuzdur ki, adi sullara belə cavab verə bilməzlər:

-Konstitusiyaya görə hər bir şəxs partiya üzvü ola bilər, amma elə bir qanun yoxdur ki, hamının telefonu olmasını məcburi etsin – bəlkə kimsə telefon işlətmir, nazirliyin “məntiqinə” görə həmin şəxs partiya üzvü ola bilməz. Bu birbaşa hüquq pozuntusudur,

-İstənilən şəxs hardan bilsin ki, zəng edən Ədliyyə Nazirliyindəndir, nədən zəng edənə doğru cavab verməlidir ki?! Bəlkə telefonla ondan başqaları şəxsi məlumatlar almaq istəyir,

-2500-ə yaxın şəxsin məlumatları bazada tapılmadığını deyiblər, yaxşı, bunlar kimlərdir, nədir uyğunsuzluq?! Bəlkə kimsə ərizə dolduranda hərf səhvi edib, bu onun siyasi partiyaya üzv olmasını niyə əngəlləməlidir ki?!”

 Başqa bir statusda Ədliyyə Nazirliyinin bu qısa bir vaxtda təqdim olunan 5 min üzvun reyestr məlumatların yoxlanmasının mümkünsüzliyindən yazır.

 

Qaqa, niyə mümkünsüzdür? Seçki vaxtı deyirsiz ki, iqtidar administrativ resurslarından istifadə edir, indi yoxlamaq üçün bu resurslar yox olur?! Ədliyyə Nazirliyin kənara çıxmadan, öz daxili imkanlarla bu 5 min üzvün yoxlanmasına kifayət qədər ştatı var. Fərz edək ki, bu məlumatları yoxlamaq üçün Ədliyyə Nazirliyi 10 nəfərə tapşırıb. Deməli 1 nəfər işçiyə 500 nəfəri yoxlamaq lazım olacaq. Yoxlama 20 gün çəksə bir günə 25 nəfərə zənq vurulması tələb olunur. Hörmətli “alim iqtisadçi” Natiq Cəfərli üçün məlumat: Yəqin ki Ədliyyə Nazirliyinin 10 nəfərdən daha çox işçisi var ki, bu 5 min nəfəri qısa zamanda yoxlasın.

Ədliyyə Nazirliyi heç bir qanun pozuntusunu etməyib. 

Yazırsan ki, “bəlkə kimsə telefon işlətmir, nazirliyin “məntiqinə” görə həmin şəxs partiya üzvü ola bilməz”. Məntiqsiz sənsən.

Sənin marağındadır ki, reyesterdə adları olanların telefonları olsun. İşlətmirsə sən telefon işlədən üzvlərin adların verməliydin ki, zənq vurub soruşanda onlar təsdiqləsin də. Bu sənin problemindir, Ədliyyə Nazirliyinin yox.

 

Yazırsan ki “İstənilən şəxs hardan bilsin ki, zəng edən Ədliyyə Nazirliyindəndir, nədən zəng edənə doğru cavab verməlidir ki?!”. Natiq, uşaq kimi danışırsan. Vətəndaşlara banklardan. Mobil telefon kampaniyalardan, müxtəlif reklam kampaniyalardan zənglər olur, məhsullarını təklif edirlər. Və yəqinki vətəndaşlara zənq vuranda, zənq vuran özünü təqdim edir. Bu bir. İkincisi, deyirsən ki, “nədən zəng edənə doğru cavab verməlidir?!”. Lap tutaq ki, zənq vuran kimsə Ədliyyə Nazirliyindən deyil, prankdır. Natiq, onda cavab ver, kimə ki zənq vurublar, o, üzvdirsə niyə doğru cavab verməməlidir?!

 

Natiq sual verir: “2500-ə yaxın şəxsin məlumatları bazada tapılmadığını deyiblər, yaxşı, bunlar kimlərdir, nədir uyğunsuzluq?! Bəlkə kimsə ərizə dolduranda hərf səhvi edib, bu onun siyasi partiyaya üzv olmasını niyə əngəlləməlidir ki?!”

Yenə də Natiq qəsdən məsələləri çaşdırır. Hərf səhvi, texniki səhv bu demaqogiyadır. Yenə də bu Ədliyyə Nazirliyinin problemi deyil. Bu yenə də sizin marağınızda olmalıyidi ki, bu “səhvlər” olmasın.

 

Ədliyyə Nazirliyi öz işini çox yaxşı bilir, səndən fərgli olaraq...

 

Davamı növbəti yazıda.

Baku News İnformasiya şöbəsi

0.14857602119446