30 il ərzində bu Əli Kərimli xarici partnyorlar da xəyanət edib
Azərbaycanın beynəlxalq nüfuzu, praqmatik və müstəqil siyasəti, problemlərini rasional qaydada həll etməsi, Qərbin anti-Azərbaycan dairələrində, onların ölkəmizdəki “beşinci kolon”da ciddi narahatlıq yaradır.
Buna görə də, bir söz tapmayanda, onlar ölkə daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət və hakimiyyət əleyhinə çağırışlar etməklə, cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər.
Özünə «ana”, “ata” müxalifət deyən, əslində isə çoxdan tarixin zibilliyinə atılmış bu bar, radikal, dağıdıcı antimilli ünsürlər, anti-Azərbaycan qüvvələrin nökərləri olan Əli Kərimlinin, Arif Hacılının, İlqar Məmmədov, Qubad İbadoğlunun və başqalarının həm 44 günlük Vətən müharibəsi dönəmində və müharibə günlərdə Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlıqla və misilsiz qəhrəmanlıqla həyata keçirdiyi parlaq qələbədən sonra xain əməllərində gördük.
Əvvəllər bu xəyanət simvolları özlərinin antimilli əməllərini qizlədə bilirdilərsə, bu dəfə artıq açıq şəkildə ermənilərə “vəkillik” etmələri, hətta Azərbaycanı təcavüzdə suçlamaları ilə özlərinin əsl simasızlıqlarını ortaya qoydular. Bu antimilli ünsürlər özlərini demokrat, vətənpərvər adlandırırlar və xalqdan, şəhidlərdən utanmadan iddia edirlər ki, güya Azərbaycan Ermənistanın ərazilərinə hərbi təcavüz edib!?
Xalq, Vətən deyib bağıran bu ünsürlər öz həyanat ampluasını davam etdirirlər. Bu mənada AXCP sədri Əli Kərimli ilə bağlı açıqlanan xəbərlər daha qabarıqdir. Məsələn, vaxtı ilə Əli Kərimli haqqında, hazırkı KXCP sədri Mirmahmud Mirəlioğlu maraqlı açıqlamalar vermişdi, onun öz lideri Əbülfəz Elçibəyə xəyanətini açıqlamışdı. KXCP sədri qeyd etmişdi ki, Əli Kərimli öz lideri Elçibəy haqqında böhtan yaymaq üçün xarici fondlardan böyük məbləğdə maddi vəsait alıbmış.
Liderinə xəyanətdə suçlanan Əli Kərimli haqqında yenidən bir sıra maraqlı məqamlar gündəmdə olub. Onun xəyanətləri ilə bağlı keçmiş lideri Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev danışıb. Hürrü Əliyev Əli Kərimlinin illərdir ki, öz liderinin adını alver predmetinə çevirdiyini açıqlayıb. İndi isə xəyanətkar Əli Kərimli 20-30 ildir ki, Elçibəyin adı ilə hərəkət edir.
Həyanət simvoluna çevrilən Əli Kərimli üçün Xalqı, Vətəni satmaq heç də problemli bir iş deyil. Xüsusilə bu dəfələrlə olub. Onun dəbdəbəli yaşayışı bunun sübutudur. 30 il işsiz olan Əli Kərimli bu var-dövləti xəyanət edərək qazanıb. Bu 30 il ərzində bu Əli Kərimli xarici partnyorlar da xəyanət edib. 30 il ərzində iki ildən bir dıyişən Qərb ölkələrin səfirlərinə, beynəlxalq təşkilatların nümayəndələrinə, hər birinə xəyanət edən Əli Kərimli, bir məşhur siyasətçinin dediyi kimi, oldu “aşağı sosial məsuliyyətli qadın” (женщина низкой социальной ответственности).
Hər dəfə görüşdən sonra Əli Kərimlinin hesabına yüz minlərlə dollar daxil olur. Yaxın günlərdə Əli Kərimli sosial şəbəkələrin birində Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko ilə görüşdüyilə bağlı məlumat yaydı. Allah bərəkət versin. Yəqinki yaxın günlərdə kartına yeni tranş olacaq.
Əli Kərimli və onun kimiləri Azərbaycanın milli maraqlarına zidd fəaliyyətinə son qoymağın vaxtı çatıb. Cəzasızlıq isə onun daha da quduzlaşmasına səbəb olur.
Ziyalılar, gənclər ayağa qalxmalı, satqın və xəyanətkar, “aşağı sosial məsuliyyətli qadın” Əli Kərimliyə öz yerini göstərməlidirlər! Belələrinə Azərbaycanda yer yoxdur!