Fuad Əliyev: Bircə üstümüzə bombalı it göndərmək qalmışdı
Məlum olduğu kimi, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.
Bu haqda Tribunainfo.az-a açıqlama verən Müstəqil Həmkarlar Birliyinin təsisçisi, ekspert Fuad Əliyev bildirib ki, erməni terrorçuları hər cür şərəfsizliyə əl atmağa hazırdır. Onu sözlərinə görə, tarix boyu erməni terrorizminə məruz qalmışıq və xüsusən ASALA, Hnçak kimi terror təşkilatları xain hücumlar təşkil ediblər. Fuad Əliyev hesab edir ki, itin üzərinə partlayıcı maddə quraşdırıb Ordumuza tərəf getməyə məcbur etmək mənəviyyatsız, alçaq hərəkətdir:
“İt belə bu terrorçu haylardan daha yaxşıdır. Bu hadisə göstərir ki, bu terrorçu itləri iti qovan kimi Qarabağdan qovmalıyıq. Onların bu ərazilərdə qalması təhdid, təhlükə və terror deməkdir. Hazırda onlar səngər qazır, silah daşıyır, təxribatlar edirlər. Bütün üsullara əl atıblar, bircə üstümüzə bombalı it göndərmək qalmışdı. Ona görə də terrorçu itləri bölgədən rədd eləmək, ya da onları dronla vurmaq lazımdır”.