Olimpiadaya ilk lisenziya əldə edən güləşçimiz: “Finaldakı rəqibimlə bir-birimiz üçün sürprizik” - VİDEO

Belqradda keçirilən dünya çempionatında Olimpiadaya ilk lisenziya əldə edən güləşçimiz Maqomedxan Maqomedov təəssüratlarını bölüşüb.

Serbiya, Türkiyə, Almaniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksələn yığma üzvü 97 kq-da ölkəmizə olimpiya lisenziyası qazandırıb.

Bakunews.media xəbər verir ki, sualları cavablandıran M.Maqomedov finalda Abdulrəşidlə qarşılaşmaq istəmədiyi bildirib:

“Neçə ildi məşqlər edirdik, hazırlaşırdıq. Bu yerdə olmağıma görə atama təşəkkür edirəm. Azərbaycana, federasiya rəhbərliyinə, məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. Bu gün Allah bizim tərəfimizdə idi. Daha öncə Gürcüstan güləşçisinə iki dəfə məğlub olmuşdum. Burada revanş aldım. Finaldakı rəqibim haqqında onu deyə bilərəm ki, hər ikimiz bir-birimiz üçün sürprizik. İndiyədək heç vaxt qarşılaşmamışıq. Çox gənc və yaxşı güləşçidir. Kayl Snayderə tam üstünlüklə qalib gəldi. Abdulrəşidi məğlub etdi. Ancaq Sadullayevin zədəsi var idi. Yaxşı formada deyildi. Açığı, finalda Abdulrəşidlə qarşılaşmaq istərdim. Daha öncə dəfələrlə turnirlərdə güləşmişik və ona uduzmuşam. Ancaq bu dəfə onunla qarşılaşmaq qismət olmadı. Bütün normal və özünə hörmət edən idmançıların arzusu olimpiya çempionu olmaqdır. Biz də buna çalışacağıq. Hədəfimiz əvvəlcə Avropa çempionatında, daha sonra isə Olimpiadada uğur qazanmaqdır”.

Qeyd edək ki, Maqomedxan finalda Bəhreyn təmsilçisi Axmed Tajudinovla qarşılaşacaq.

0.34779691696167