Ronaldu İrana gəldi, ilk məşqi ləğv olundu - VİDEO

Səudiyyə Ərəbistanının “Ən Nəsr” futbol klubu İrana səfər edib.

Bakunews.media xəbər verir ki, heyətində portuqaliyalı ulduz Kriştianu Ronaldunun yer aldığı ərəb komandası sentyabrın 19-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində yerli “Persopolis”lə üz-üzə gələcək.

Yerli azarkeşlər məşhur futbolçunu böyük coşqu ilə qarşılayıblar. Hətta Ronaldunu görmək üçün gələn izdihamın çox olması səbəbindən “Ən Nəsr” İrandakı məşqini ləğv etməli olub. 

0.25236105918884