Fuad Əliyev: Çirkin oyunlarla, çirkin siyasətlə siz bataqlığdasız və həmişəlikdə orda qalacaqsız

“Bu gün Azərbaycan əsgəri Vətənimizi erməni separatçılardan təmizləyir. Bəs siz nə edirsiz? Əli Kərimli, Arif Hacılı, İlqar Məmmədov niyə susursuz? Yoxsa danışmağa Qərbdən aldığınız qrantlar imkan vermir?”

 

Bunu prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində antiterror əməliyyatı başlaması ilə bağlı açıqlamasında Xeber-PS-ə bildirib.

 

Onun sözlərinə görə bu cılız partiya sədrləri dövlət və dövlətçilik prinsiplarindən anlayışları yoxdur:

“2023-ci ilin sentyabrın 19-unda 9 polis və 4 mülki şəxs ermənilərin basdırdığı  minaların qurbanları olublar. Nə Əli, nə Arif, nə də İlqar şəhid olan 9 polis və 4 mülki şəxslərin ailələrinə baş sağlığı vermədilər. Soruşmaq lazımdır niyə? Çünki şəhid olanların arasında polis əməkdaşları var. Bunlar polisləri nə tərifləmək, nə də ki, başsağlıq vermək özləri üçün “za padlo” bilirlər. Amma day demirlər ki, polis əməkdaşları 90-cı illərdə və Vətən muharibəsində Azərbaycan Ordusunun əsgərləri ilə bir yerdə vuruşublar, şəhid olublar. Sizlərdən fərqli olaraq Vətəni qoruyublar. Nə siz, nə də ki, sizin övladlarınız cəbhə bölgəsində olmusuz, ermənilərlə üz-üzə durmusuz. Uşaqlarınızın səsi Londonda, Amerikada, Kanadada barlardan gəlir. İndi bir başsağlıq da verməyə Qərb yiyələrinizdən qorxursuz? Bu yerdə Çingiz Mustafayevin sizin hakimiyyət dövründə sözləri yada düşdü: “Qorxaqsız, ...!””

 Siyasi partiyaların antiterror əməliyyatlara dair birgə bəyanatınıda şərh edərək Fuad Əliyev bunu deyib:

“Çox sevindirici haldır ki, bu dəfə də siyasi partiyaların əksəriyyəti birlik göstərərək antiterror əməliyyatlarını dəstəklədilər. Bir daha onu göstərir ki, Azərbaycanda siyasət yeni mərhələyə addımlayıb, iqtidar-müxalifət normal münasibətləri formalaşıb. Amma bu “müqəddəs” üçlük yenə də özlərini partiyaların ümumi bəyanatından kənarda saxladılar. Guya bunlar fövqal siyasətçilərdir.... Bir şey bilməlisiz ki, sizlər heç kimsiz, nəyinki siyasətçi. Sizin kimilər vətəndaşları müxalifətdən uzaqlaşdırdı, sizin kimilər siyasəti çirkin etdilər. Çirkin oyunlarla, çirkin siyasətlə siz bataqlığdasız və həmişəlikdə orda qalacaqsız”.

0.15712904930115