Fuad Əliyev: Erməni separatçılara gəlincə, hər şey bitdi

"Yevlax görüşündən sonra artıq hamı gördü ki, bütün proseslər Azərbaycan şərtləri ilə baş verir. Erməni separatçılar üçün hər şey bitdi. Separatçılar ağ bayraq qaldırdılar və 2020-ci il də Ermənistanın elan olunan kapitulyasıyanın son nöqtəsi oldu".

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Fuad Əliyev 19 sentyabr lokal xarakterli antiterror əməliyyatından sonra Qarabağdakı proseslərin Azərbaycanın şərtləri kontekstində inkişafına diqqət çəkərkən bildirib.

Fuad Əliyev qeyd edib ki, separatçıların əraziləri tərk etməsi üçün onlara çox qısa vaxt verilib:

"Separatçılar təslim oldular və humanitar dəhlizdən Azərbaycanı tərk edirlər. Müşahidələrimiz onu təsdiq edir ki, separatçılar çox sürətlə Azərbaycanı tərk edirlər. Tərk etmıyənlərin də məhv olduqları xəbərləri gəlir. Separatçılar ağ bayraq qaldırandan sonra, bir “qondarma general” təslim olmayacağını bildirmişdi. Bir gün keçmədi onun məhv olması xəbəri gəldi. Bundan sonra da belə olacaq. Artıq onların başqa seçimi də yoxdur. Ya ordan köçüb getməlidirlər, ya da bizim vətəndaşlığı qəbul etməlidirlər. Prezident İlham Əliyev hər çıxışında qeyd edir ki, Qarabağda yaşayan ermənilərin bizimlə inteqrasiyasında maraqlıyıq. Necə ki, biz ermənilərlə inteqrasiyasına maraqlıyıq, Qarabağ erməniləri ikiqat maraqlı olmalıdırlar. Qarabağda, bizim torpaqda, qalıb yaşamaq istəyirlərsə, birinci növbədə Azərbaycan vətəndaşlığını qəbul etmək lazımdır".

Ekspert artıq bu prosesin Daxili İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyevin açıqlamasına əsasən başlandığını bildirib:

"Artıq Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı nazirliyə müraciətlər daxil olub. Proseslər çox sürətlə inkişaf edir. Baxın, Yevlax görüşündən sonra çox qısa bir müdətdə ikinci görüş baş tutdu, Xocalıda. Mən hesab edirəm ki, bu proses ilin axırına gədər yekunlaşacaq. Azərbaycan əsgəri Xankəndi daxil olmaqla bütün ərazilərə nəzarət edir. Rusiya sülhməramlıları Qarabağda yaşamaq istəməyən erməniləri Azərbaycandan çıxardırlar. Bu proses yekunlaşandan sonra Qarabağda qalan ermənilərin reinteqrasiyası mərhələ-mərhələ olacaq. Azərbaycan dövlət strukturları, məhkəmə, bank sektoru və sair Xankəndi və digər ərazilərdə regional mərkəzlərin açılmasından sonra reinteqrasiya prosesi sürətlənəcək. Paralel olaraq azərbaycanlıların Qarabağa qıyıdışı da təmin olunacaq".

Fuad Əiyev hesab edir ki, bu proses 2025-ci ildə tam yekunlaşacaq. Bəzi Qərb ölkələrinin, xüsusilə Fransa və ABŞ-ın bizdən ermənilərin Qarabağda yaşamaq üçün qarantiyasını istəməsini absurd yanaşma sayan ekspert bir neçə nüansa diqqət çəkib:

"Birincisi, bu bizim daxili işlərimizə qarışmaqdır. İkincisi, biz heç kimə sübut etməməliyik ki, biz ermənilərlə birgə yaşıya biləcəyik. Çünki Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Və onlar heç bir problemlərlə üzləşmir. İşləyən işləyir, təqaüdçü öz pensiyasını alır, onların uşaqları məktəb və universitetlərdə təhsil alırlar. Onların Azərbaycan vətəndaşları kimi bütün hüquqları qorunur. Ona görə Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəndən sonra onların da hüquqları qorunacaq".

 

0.096506118774414