Meyvezer Makqreqor və Nurməhəmmədova meydan oxudu - FOTO
Beş çəki dərəcəsində eks-dünya çempionu Floyd Meyvezer UFC-nin keçmiş çempionu Konor Makqreqora qarşı revanş-matç elan edib.
O, özünün “Instagram” hesabında yazıb:
“Getdik, çempion!”
Qeyd edək ki, Meyvezerlə Makqreqor arasında 2017-ci ilin avqustunda baş tutan döyüş Makqreqorun 10-cu raundda nokaut olması ilə yekunlaşmışdı.
Ardınca Meyvezer öz sosial media hesabında UFC çempionu rusiyalı Həbib Nurməhəmmədova da döyüş elan edib. O Həbiblə şəklini paylaşaraq belə bir şərh yazıb:
“Kim bu döyüşü görmək istəyir?”