Fuad Əliyev: Ölkəmiz müxtəlif xalqların birgə yaşanmasının yaxşı nümünəsidir

“Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirlməsi, ölkəmizin dünyada artan nüfuzun göstəricisidir”

Bunu “Xəbər-PS”-ə prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev bildirib.

Onun sözlərinə görə Beynəlxalq Astronavtika Konqresi çox möhtəşəm təşkil olunmuşdur:

“Bu möhtəşəm təşkil olunan Konqresdə 100-dən artıq ölkədən 150 təşkilat və 5 mindən artıq iştrakçı olub. Hesab edirəm ki, Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirlməsi, ölkəmizin dünyada artan nüfuzun göstəricisidir. Azərbaycan ilk peyki göndərəndə bəziləri bu xəbəri ironiya ilə yanaşırdılar. Amma indi ölkəmizin üç peyki var və bu peyklər 45 ölkəyə xidmət edir. Artıq Azərbaycan on ildir ki kosmik ailənin bərabər hüquqlu üzvüdür. Çox sevindiricidir ki, kosmik sənaye inkişaf edir”.

“Prezident İlham Əliyevin açılış mərasimində çıxışında Azərbaycanın iki mühüm beynəlxalq təşkilatların üzvü olduğunu qeyd etdi. Prezident bildirdi ki: “Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir”. Bəli, Azərbaycan çox əlverilişli coğrafik məkanda yerləşir. Avropa və Asiyanı birləşdirən məkanda. Ölkəmiz müxtəlif xalqların birgə yaşanmasının yaxşı nümünəsidir. Din və mədəniyyətləri birləşdirən ölkəyik. Fikrimcə, Azərbaycanı multikulturalizmin paytaxtı hesab etmək olar. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun mütamadi olaraq keçirilməsi bunun sübutudur” - Fuad Əliyev qeyd etdi.

0.087682962417603