Fuad Əliyev: Fransa ermənilərin işğalından azad olunmalıdır

“Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsini alqışlayıram”

Bu barədə prezidentliyə eks-namizəd Fuad Əliyev Baku News-a bildirib.

Fuad Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev müstəqil siyasət apardığını hamıya bir daha sübut etdi:

“Biz qalib xalqıq və heç kim bizə heç nəyi diktə edə bilməz. Bu qalib hissləri bizə, müzəffər əsgərlərimiz və Ali Baş Komandan İlham Əliyev yaşatdı. Azərbaycanın təkçə regionda yox, dünyada nüfuzunu qaldıran məhz prezident İlham Əliyevdir. İlham Əliyev müstəqil siyasət apararaq hamıya sübut etdi ki, Azərbaycanla hesablaşmaq lazımdır. Və Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsini alqışlayıram. İmtina etməsinin səbəbini də çox düzgün əsaslandırıblar. Birinci, Türkiyənin iştrakına icazə verilməməsi. İkincisi, Fransanın destruktiv addımları. Niyə Azərbaycan-Erməistan görüşündə Fransa istrak etməlidir, Türkiya isə yox? Regionda sülhün bərqərar olması üçün Fransa heç nə etməyib. Əksinə, neytral olmaq əvəzinə, açıq-aşkar Ermənistanı dəstəkləyir. Artıq Paris rəsmiləri Ermənistana silah vermək niyyətindədirlər. Bu yaxın günlərdə, Azərbaycan-Fransa, parlamentlərarası dostluq qrupu öz fəaliyyətini dayandırıb. Dolayısı ilə, bu o, deməkdir ki, bizimlə bütün əlaqələrin pozulması deməkdir. Yəqin ki növbəti addım Fransa səfirin geri çağırılması olacaq. Ümumiyyətlə, mən hesab edirəm ki, destruktiv bəyanatlara görə Fransanın iştrakı ilə olan bütün görüşlərdən imtina etmək lazımdır. Fransa Qarabağda yaşayan ermənilərin müdafiəsinə qalxaraq, dünya ictimaiyyətinə yalan, həqiqətdən uzaq məlumatlar verirlər. Güya Qarabağda “etnik təmizləmə” olub. Bu yalanı BMT-nın Qarabağa gedən missiyası və Rusiya sülhməramlılar təkzib edib. Onlar öz hesabatlarında bildiriblər ki, Qarabağda yaşayan ermənilərə heç bir təzyiq olmayıb və Azərbaycanı tərk etməsi öz qərarlarıdır. Azərbaycan öz növbəsində Qarabağda qalan ermənilərin reinteqrasiyasına başladı. Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi və digər təşkilatlar Qarabağda fəaliyyətə başlayıblar. Fransanın Azərbaycana qarşı olan bu siyasəti, Azərbaycana qarşı məkrli siyasətdir. Altmış beş milyonluq Fransa alti yüz minlik ermənilərin girovundadır. Fransa ermənilərin işğalından azad olunmalıdır. Fransa bizimlə normal münasibətləri bərpa etsə, işğaldan necə azad olmaq yollarını, bəlkə onlara məsləhət verərik”.

0.058359146118164