Müstəqil Həmkarlar Birliyi Müstəqilliyin Bərpası günü münasibətilə Azərbaycan xalqını təbrik etdi
Müstəqil Həmkarlar Birliyi Müstəqilliyin Bərpası günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. Təbrikdə deyilir:
Əziz Həmvətənlər!
18 Oktyabr Azərbaycanda Müstəqilliyin Bərpa olunmasının 32-ci ili kimi qeyd olunur.
Müstəqilliyin Bərpası günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.
Müstəqil Həmkarlar Birliyi olaraq xalqımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, ölkəmizə rifah, əmin-amanlıq, müvəffəqiyyətlər dövlət müstəqilliyimizin əbədi olmasını arzu edirik!
Tanrı Azərbaycan xalqına firavanlıq, tərəqqi bəxş etsin!
YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI!