"Fələstinlilər özləri terrorçulardan azad olmalıdırlar və İsrailə bu işdə dəstək verməlidirlər"

“Bu gün İsrail dövləti fələstin xalqı ilə yox, terrorçu qruplaşmalarla mübarizə aparır”

Bubu Xəbər-PS-a prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev açıqlamasında bildirib.

Onun sözlərinə görə, İsrail özünü müdafiə etmək üçün, terrorçulara qarşı əməliyyət aparır:

“Oktyabrın 7-i İsrail, HƏMAS terrorçu qruplaşmanın irimiqyaslı raket hücumuna məruz qaldı. HƏMAS terrorçuları fələstin xalqından ayırmaq lazımdır.  Bu gün İsrail dövləti fələstin xalqı ilə yox, terrorçu qruplaşmalarla mübarizə aparır. Qəzzada güya “seçkidə qalib” gələn, amma əslində zorla ələ keçirmiş HƏMAS terrorçuları hərbi texnikanı, raketləri xəstəxanalar, məktəb və uşaq baxçalarda yerləşdirmişdir. Xarici mətbuatla tanış olanda, bəzilərin – “niyə İsrail quru əməliyyata keçmir. İsrail qorxur Qəzzaya girmək” və s. kimi yazılarla rastlaşırdım. Belə çıxır ki, bunu deyənlər günahsız uşaqların, mülki insanların ölümünü istəyirlər. Deməli, bunlar dolayısı ilə oktyabrın 7-i HƏMAS tərəfindən insanların, günahsız uşaqların öldürdüyünü dəstəkləyirlər”.

Fuad Əliyevin sözlərinə görə oktyabrn 7-i baş verən qətliam sözün əsl mənasında soyqırım aktıdır:

“Oktyabrın 7-i baş verən qətliam yahudilərin soyqırımı olub. Eynilə biz erməni separatçıları, terrorçuları tərəfindən törədilən Xocalı soyqırımına məruz qalmışdıq. ASALA, HƏMAS, HİZBULLAH, PKK kimi terrorçu təşkilatların bir taktikası var. Bu, dinc əhaliyə qarşı qətliam törətmək, panika və xaos yaratmaq. HƏMAS Qəzzada fələstinliləri qirov saxlayır, öz çirkin əmələrini həyata keçirmək üçün onları qurban verir. Qəzzada xəstəxanaya düşən raket birbaşa HƏMAS terrorçu təşkilatı tərəfindən atılıb. Məqsəd də aydındır. Dünya ictimaiyyətini oktyabrın 7-i törədikləri qətliamdan yayındırmaq və Qəzzada xəstəsnada ölənlərə görə İsraili günahlandırılmaq idi. Buna da nail ola bilmədilər”.

Fuad Əliyevin fikrinə görə fələstinlilər özləri terrorçulardan azad olmalıdırlar və İsrailə bu işdə dəstək verməlidirlər.

0.078125953674316