Müstəqil Həkarlara Birliyinə yeni üzvlər qəbul olunub

Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib.

MHB Kürdəmir RT sədri İlham Alişov iclası açıq elan edərək Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.

Daha sonra İlham Alişov birliyinin ümumi fəaliyyətindən və MHB rəhbərliyi ilə keçirilən görüşdən toplantı iştrakçılarını məlumatlandırdı.

Toplantı iştrakçıları bir neçə məsələni, o cümlədən, görüləcək işlərdən, rayonda mövcud olan sosial problemləri və qarşıda duran vəzifələri müzakirə etdilər.

İclasa MHB sədr müavini Xəzər Teyyublu onlayn qatılaraq toplantı iştrakçılarına üğurlar arzuluyaraq gələcək işlərlə bağlı tapşırıqlar verib.

Xəzər Teyyublu toplantı iştrakçılara Müstəqil Həmkarlar Birliyi (MHB) 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar #HƏMRƏYLİK xeyriyyə aksiyası ilə bağlı ətraflı məlumat verdi

Daha sonra təşkilat məsələlərinə baxılıb. MHB Kürdəmir RT sədri İlham Alişov yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqəsini təqdim edib.

Toplantıda MHB Kürdəmir RT iqtisadi və sosial məslələr üzrə müavini Tərgül Əliyeva iştrak edib.

0.054743051528931