Kürdəmirdə mikroavtobusla traktor toqquşdu

Kürdəmir rayonunun Şilyan kəndində “Ford” markalı mikroavtobus və “Belarus” markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

0.48138403892517