"Ukrayna ordusu cəbhə bölgəsində irəlliyə bilmir"
Ukrayna Rusiya müharibəsində Qarabağ münaqişəsinin təcrübəsindən yararlana bilər?
Prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev azreform.info-ya bildirb ki, Ukrayna Rusiyanın özünə birləşdirdiyi dörd regionu geri qaytarmaq gücünə malik deyil. Onun sözlərinə görə, Qərb tərəfindən bu qədər silah-sursat verməsinə, siyasi-hərbi dəstəyinə, maliyyə ayırmasına baxmayaraq, Ukrayna ordusu cəbhə bölgəsində irəlliyə bilmir.
Fuad Əliyev bunu Zalujni də etiraf etdiyini bildirir:
“Zelenski əlavə yardım istəyir. Amerikalı rəsmilər isə yardım imkanlarının tükənməsindən danışırlar. Yəni bu qədər dəstək olduğu bir vaxtda, yenə əraziləri azad etmək mümkün olmur. Ukrayna ordusunu inkişaf etdirsə belə gələcəkdə torpaqlarını geri qaytara bilməyəcək. Üstəlik, bu savaşdan hamı yorulub”.
Fuad Əliyev Rusiyanın da itkilər verir, amma buna baxmayaraq, potensialı qaldığını fikirləşir:
“Rusiya üç yüz min səfərbək etdiyi canlı qüvvə cəbhə bölqəsinə göndərilməyib, mərmi, artilleriya cəhətdən inanılmaz dərəcədə güclüdür. Rusiya Qərbi tükəndirmək xəttini tutub. Rus ordusu hücum etmir, götürdüyü əraziləri müdafiə edir. Həmin müdafiə xətlərini yarmaq çətindir”