Ödənişli yolda qəza: Ölənlər var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ödənişli yolda “Nissan” markalı avtomobilin aşması nəticəsində xəsarət alan 59 yaşlı Xalis Babayev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

APA xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

21:10

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “Nissan” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Təranə Ənvər qızı Babayeva hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Daha bir nəfər, 1964-cü il təvəllüdlü Xalis Abiddin oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.42207384109497