Xızı polisi yeddi ədəd sənədsiz silahı təhvil götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı polisi yeddi ədəd sənədsiz silahı təhvil götürüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən bir ədəd “AKS-74” markalı avtomat, bir ədəd həmin silaha məxsus patron darağı, altı ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllə təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

0.36614203453064