Alman repçi “Çeburaşka”nın məşhur musiqisini oğurladı - VİDEO
Məşhur alman repçi Liaze “2003” trekində “Timsah Genanın mahnıları”nın musiqi və sözlərindən istifadə edib.
Məlumata görə, o, öz leyblinin nümayəndələrinə bütün müəllif hüquqları ilə bağlı məsələləri həll etdiyini söyləyib.
Qeyd edək ki, repçinin yalan danışdığı ortaya çıxıb. Belə ki, hazırda mahnının bəstəkarı mərhum Vladimir Şainskinin varisləri ilə müğənninin melodiyanı trekindən çıxaracağı və ya pul ödəyəcəyi barədə qərar vermək üçün danışıqlar gedir.
Mənbə: “Lenta dnya” “Telegram” kanalı