Fuad Əliyev: Hər bir seçkidə seçicilərin etimadını qazanmaq lazımdır

“Əslində bu gözlənilən idi. 2020-2023-ci illərdə torpaqlar azad olunandan sonra, məntiqli addımdır”

Bu fikirləri Azreform.info-ya prezidentliyə eks-namizəd, politoloq Fuad Əliyev bildirib.

Onun sözlərinə görə, bu ilk dəfə Azərbaycanın bütün ərazisində keçiriləcək: “Neçə vaxtdır referendum, növbədənkənar parlament seçkilərindən söz-söhbətlər gəzirdir. Açığı deyim, 2018-ci ildən başlanan islahat işləri davamlı olmaq üçün növbədənkənar seçkinin keçirilməsi zərurət yaranmışdır. Əslində bu gözlənilən idi. 2020-2023-ci illərdə torpaqlar azad olunandan sonra, məntiqli addımdır. Bu seçki ilk dəfə Azərbaycanın bütün ərazisində keçiriləcək. İkinci bir məsələ. Hər bir seçkidə seçicilərin etimadını qazanmaqla yanaşı, öz komandanın üzvlərin fəaliyyətinə də bir baxış keçirir”.

Fuad Əliyev bəzilərin qərəzli fikirlərinə də münasibət bildirib: “Bu qərəzli fikirləri söyləyənlər cəmiyyətdə nüfuzu olmıyanlardı və demaqogiyadır. Hər bir siyasi partiya istənilən vaxtda keçirilən seçkilərə hazır olmalıdır. Hər dəfə “seçki-seçki” deyənlər, indi “niyə seçkilər keçirilir” deyirlər, özlərini gülünc yerə qoyurlar. Əgər belə qücünüz var onda seçkilərdə iştrak edib bunu sübut edin. Bunlar bilirlər ki, uduzacaqlar, ona görə keçiblər bu demaqogiyaya. Gedsinlər Azərbaycan Konstitusiyasını açsınlar. 1995-ci ildə onların iştrakı ilə, özlərinin səs verdiyi və qəbul etdiyi Konstitusiyada yazılıb ki, seçkilərin, referendumun keçirilməsi prezidentin səlahiyyətindədir. Çox böyük ehtimalnan deyə bilərəm ki, bunlar 1995-ci ildə qəbul edilən Konstitusiysını da oxumayıblar”.

0.11899900436401