"Fransa Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozub"
Fransanın anti-Azərbaycan fəaliyyəti hər zaman özünü açıq formada biruzə verib, bu istiqamətdə Paris İrəvanla birgə addım atıb. Fransanın anti-Azərbaycan mövqeyinin, hətta Azərbaycanda casus şəbəkəsi yaratmağa qədər getməsi Qərb mərkəzlərinin anti-Azərbaycan fəaliyyətinin səngiməsinə işarədir.
Bunu "Xalq Cəbhəsi"nə prezidentliyə namizəd Fuad Əliyev deyib.
O, qeyd edib ki, belə çirkin planlar həyata keçirməklə Fransa Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozub. Fransa beynəlxalq təşkilatlarda təmsilçiliyindən sui istifadə edərək ayrı arı dövlətlərim daxili işlərinə qarışır, təxribat planları həyata keçirir:
"Fransanın yenicə müstəqillik qazanan Azərbaycanın ərazisində casus şəbəkəsi qurması biabırçılıq, eyni zamanda Qərbin demokratik dəyərlərinə zərbədir. Beynəlxalq birlik də bu məsələyə dərhal reaksiya verməlidir. Fransa sıradan bir ölkə deyil, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Parisin Azərbaycana qarşı məkrli münasibəti məlumdur, amma daha bu dərəcədə yox. Fransanın bu fəaliyyəti beynəlxalq hüquq normalarına, ölkələr arasında qurulan səmimi münasibətlərə zərbədir".
Fuad Əliyev onu da vurğulayıb ki, Afrikadan başlayaraq Cənubi Qafqaza kimi Fransanın xarici siyasəti iflasa uğrayır, formalaşdırdığı şəbəkələr dağıdılır. Bu isə Makron hakimiyyətinin səriştəsiz siyasətinin nəticəsidir:
"Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsini həzm etməyən Paris beynəlxalq qurumlarda da Azərbaycana qarşı planıarını reallaşdıra bilməyib. Buna görə də Fransa kəşfiyyat fəaliyyəti ilə ölkəmizə zərər vurmağa cəhd edib, amma bu dəfə də ifşa olunub".