Fuad Əliyev: Qeydə alınmaq üçün lazım olan seçici imzasını toplamışıq

“Demək olar ki, imzatoplama kampaniyası yekunlaşıb”

Bunu Azreform.info-ya namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev bildirib.

Onun sözlərinə görə dekabrın 21-də MSK-dan imza vərəqələrini alıblar və həmin gündən imza toplamağa start verilib: 

“Seçki qərargahımın rəhbəri Xəzər Teyyublunun verdiyi məlumata görə, demək olar ki, imzatoplama kampaniyası yekunlaşıb. Qeydə alınmaq üçün lazım olan 40 min seçici imzasını toplayıb dəqiqliklə yoxladıqdan sonra imza vərəqələrini MSK-ya təqdim edəcəyik. İşçi qrupu bu işi həyata keçirir”.

0.79758501052856