Prezidentliyə namizədin imza vərəqələri MSK-ya təqdim olunub
7 fevral 2024-cü il tarixində keçiriləcəkprezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Fuad Əliyevin müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Azreform.info xəbər verir ki, bu barədə “Vətəndaş Birliyi” seçki qərargahın rəhbəri Xəzər Teyyublu məlumat verilib.
2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd Fuad Ağasi oğlu Əliyevin müdafiəsi üçün topladığı 40 mindən artıq seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün, yanvarın 3-ü Mərkəzi Seçki Komissiyasına təqdim edib.