Türk məşqçi Azərbaycan yığmasını çalışdırmaqdan imtina edib - FOTO

Türkiyənin “Kocaelispor” klubunun baş məşqçisi Ərtuğrul Sağlam futbol üzrə Azərbaycan yığmasını çalışdırmaq təklifini qəbul etməyib.

Bakunews.media xəbər verir ki, o  bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Mütəxəssisin paylaşımında deyilir:

“Beşiktaş”ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda “Kocaelispor” ilə inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru gedirik. İki həftə əvvəl də Azərbaycan milli komandası üçün də eyni proses olmuşdu. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm. Yeganə məqsədim “Kocaelispor”dur”.

 

0.10788917541504