Fuad Əliyev: Bəzi Qərb ölkələri Vətən müharibəsində qələbəmizi hələ də “həzm” edə bilmirlər
“ABŞ Azərbaycana qarşı növbəti qərəzli və həqiqəti əks etdirməyən hesabatı açıqladı”
Bunu Azreform.info-ya prezidentliyə namizəd Fuad Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycana qarşı belə münasibət qərəzli siyasətin davamıdır:
“Azərbaycanın müstəqilliyinin ilk illərindən bu qərəzli münasibətin, siyasətin şahidi olmuşuq. Konqres tərəfindən 907 maddənin qəbul olunması və bu günə gədər qüvvədə qalması, ATƏT-in Minsk qrupunda fəaliyyəti, illər boyu separatçılara maliyyə yardımın ayrılması, Vətən müharibəsində tutduğu qərəzli mövqe və s. kimi misallar çəkmək olar. İndi də, ABŞ Azərbaycana qarşı növbəti qərəzli və həqiqəti əks etdirməyən hesabatı açıqladı. USCIRF öz bəyanatında Azərbaycanın nəzarət siyahısına daxil edib. Güya Azərbaycanda dini etiqad azadlığı sahəsində beynəlxalq öhdəliklər pozulur. Bu ağ yalandır. Azərbaycanda yalnız məscidlər deyil, kilsə, senaqoqalar, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir”.
Fuad Əliyev hesab edir ki bu qərəzli münasibət Vətən müharibəsindən sonra daha açıq və intensiv şəkildə davam etdi:
“Bəzi Qərb ölkələri, xüsusilə ABŞ və Fransa Vətən müharibəsində qələbəmizi hələ də “həzm” edə bilmirlər. Üstəgəl növbədənkənar prezident seçkilrin keçirilməsi. Çalışırlar ölkəmizdə bir qarşıdurma yaratsınlar. Öz beçinci kolon vasitəsilə seçkiləri aşağılamaq, əhəmiyyətsiz kimi göstərmək. Hesab edirəm ki, bu dəfə də heç nə alınmıyacaq. Zəif Azərbaycan keçmişdə qaldı. İndi ki, Azərbaycanla hesablaşmaq lazımdır”.