Prezident seçkisi ilə əlaqədar seçicilərə səsvermə vəsiqəsinin verilməsi müddəti başa çatır

Seçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti sabah başa çatır.

Bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Təqvim planına əsasən, vəsiqələr dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək verilməlidir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı isə 7-yə çatıb.

0.31043100357056