Bundesliqa: “Borussiya” üç xalı üç qolla aldı - VİDEO

Almaniya Bundesliqasında 17-ci turun “Darmştadt 98” və “Borussiya Dortmund” matçı ikincilərin mütləq üstünlüyü ilə yekunlaşıb -0:3.

Qonaqlar 24-cü dəqiqədə hesabı açıblar. Komandanın yarımmüdafiəçisi Julian Brandt qola imza atıb. 77-ci dəqiqədə dortmundlular ikinci qolu vurmağa müvəffəq olublar - Marko Roys fərqlənib. Gənc hücumçu Yussuf Moukoko matçın 90+1-ci dəqiqəsində son nöqtəni qoyub.

Hazırda “Borussiya” turnir cədvəlində üçüncü yeri tutur. Komanda 41 xal toplayıb. “Darmştadt 98” isə 32 xalla altıncı yerdədir.

 

0.095776081085205