Azərbaycan şahmatçısı İddiaçılar Turnirində iştirak edəcək
Azərbaycan şahmatçısı Nicat Abasov İddiaçılar Turnirində iştirak edəcək.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında məlumat yayılıb.
Norveçli qrosmeyster Maqnus Karlsen FIDE-yə məktub göndərərək İddiaçılar Turnirinə qatılmayacağını təsdiqləyib. Onun əvəzinə yarışa vəsiqə Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan N.Abasova verilib.
Qeyd edək ki, İddiaçılar Turniri bu ilin aprelində Kanadanın Toronto şəhərində keçiriləcək. Turnirin qalibi Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu Din Lirenlə (Çin) qarşılaşacaq.