Prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata 44 media orqanı qoşulacaq

Növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanlarının sayı məlum olub.

APA-nın xəbərinə görə, prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün ümumilikdə 44 media orqanı müraciət edib.

Namizədlərə ödənişsiz efir vaxtının ayrılacağı İctimai Televiziya həm də ödənişli təşviqat təklif edir.

Ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən həmin media orqanlarının siyahısı artıq MSK-nın saytında yerləşdirilib.

0.12136912345886