Göygöl və Goranboyda seçki ilə bağlı təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri məlum olub - FOTO
Göygöl və Goranboy rayonlarında seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri müəyyən edilib.
“Report”un məlumatına görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkisi ilə bağlı Göygöl rayonu ərazisində toplantı keçirilməsi üçün müəyyən edilmiş 25 məkan təyin olunub.
Goranboy rayonunda isə açıq və qapalı yerlər olaraq 36 məkan seçilib.