PSJ Qonsalu Ramuşu satmaq fikrinə düşüb

PSJ əməkdaşlığa başladıqdan cəmi altı ay sonra hücumçu Qonsalu Ramuşla yollarını ayıra bilər.

Məlumata görə, Fransa klubunun rəhbərliyi 22 yaşlı futbolçunun komandaya uyğun olub-olmamasından əmin deyil. Oyunçunun satılması ilə bağlı son qərar verilsə, PSJ pul qazanmağa çalışacaq.

Xatırladaq ki, Ramuş ötən yay 65 milyon avroya “Benfika”dan PSJ-yə keçmişdi.

Mənbə: Championat

0.28484106063843