Bakıda ahıl kişinin çardaqdan asılı meyiti tapıldı
Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
69 yaşlı Əbülfəz Hüseyn oğlu Məmmədov yaşadığı evin həyətindəki çardaqdan özünü asıb.
Onun meyitini yaxınları aşkar ediblər. İntiharın səbəbləri bilinmir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.