Sabah bəzi marşrutlar alternativ küçələrlə hərəkət edəcək

Ümumxalq Hüzn Günü ilə əlaqədar yanvarın 20-də bir sıra müntəzəm marşrutların hərəkəti alternativ küçələrdə təşkil ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xəbərinə görə, Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrdə təşkil ediləcək.

3.1403939723969