Bakıda pravoslav xristianlar xaçaçuran bayramını qeyd edirlər - FOTO
Azərbaycanda pravoslav xristianlar xaçaçuran bayramını qeyd edirlər.
Bu bayram Pravoslav Kilsəsində dərin mənəvi məna daşıyan 12 böyük hadisədən biridir. Xristianlar bu mərasimi Miladdan iki həftə sonra, yanvarın 19-da keçirirlər.
Bayramın adı yunan köklərinə malikdir və “suya daldırma” deməkdir. Bu proses ruhun Tanrıya inandığı zaman günahlardan təmizləndiyinin simvolik mənası kimi bədənin su ilə təmizlənməsi ilə keçirilir.
Pravoslav bayramı münasibətilə ölkənin hər yerində xristianlar kilsələrə gedirlər.
Tədbirlərdən biri də Bakıdakı “Müqəddəs Məryəm Ananın Miladı kilsəsi”ndə keçirilib.
Bakunews.media həmin mərasimdən görüntüləri təqdim edir.