Ağdaşda ağır qəza: Ölənlər və xəsarət alanlar var

Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib.

Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan dörd sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.048236846923828