İtkin düşən azərbaycanəsilli həkimin Mayamidə öldüyü məlum oldu

Rusiya Tibb Elmləri Akademiyasının ak.N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi-Tədqiqat İnstitutunun həkimi Amid Omarov vəfat edib.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, 1982-ci il təvəllüdlü azərbaycanəsilli mütəxəssis bir müddət öncə itkin düşüb. Sonradan onun Mayamidə qəflətən vəfat etdiyi məlum olub.

Yaxınları deyirlər ki, işlə əlaqədar sözügedən ölkədə olduğuna görə Mayamidəki icmaların heç biri onu tanımayıb. ABŞ-də onun qohum və tanışlarını tapa bilməyiblər. Cəsəd morqda qalıb.

“140-dan artıq pul köçürmələri baş tutdu. İnternet vasitəsilə yığılmış pul vəsaiti, diasporun ayırdığı büdcə və mərhumun qohum və yaxınlarının etdikləri yardım nəticəsində lazımi məbləğ toplanıb. Yaxın zamanda sənədləşmə işləri bitdikdən sonra mərhumun nəşini Azərbaycana göndərəcəklər”, - deyə bildirilib.

2.488499879837