“Bavariya” və “Yuventus”un sabiq futbolçusu Türkiyə klubunda
Vaxtilə “Bavariya” və “Yuventus” kimi klublarda forma geymiş Duqlas Kosta özünə yeni klub tapıb.
Fabrisio Romanonun məlumatına görə, braziliyalı Türkiyənin “Samsunspor” klubunun yeni futbolçusu olacaq.
Transfer azad agent kimi baş tutacaq.
33 yaşlı futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanacaq. Bu razılaşmanın maliyyə təfərrüatları naməlum olaraq qalır.
Qeyd edək ki, Kostanın son komandası “Los Anceles Qalaksi” olub. O, burada 51 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə verib.