Azarkeşləri irqçilik nümayiş etdirən klublara texniki məğlubiyyət verilə bilər - FOTO

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino azarkeşləri irqi zəmində futbolçulara hörmətsizlik edən klublara texniki məğlubiyyət verilməsini istəyib.

O, bu barədə “Instagram” səhifəsində məlumat verib.

Qeyd edək ki, şənbə günü “Udineze” azarkeşləri İtaliya çempionatında keçirilən oyunda “Milan”ın fransalı qapıçısı Mayk Minyanı təhqir ediblər. Bu əsnada oyunda fasilə yaranıb, lakin sonda Milan 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Canni İnfantino daha əvvəl FİFA-nın əsas məqsədinin futbolda irqçilik probleminə birdəfəlik son qoymaq olduğunu bildirib.

 

2.2166559696198