Evlərini satsalar da, əməliyyat pulunu toplaya bilməyiblər: Doqquz yaşlı Yusifin dəstəyə ehtiyacı var - FOTO

Doqquz yaşlı Yusifin dəstəyə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Aygül Əliyeva məlumat verib.

O bildirib ki, övladı üç ildir qaraciyər sirrozundan əziyyət çəkir:

“Yusifin altı yaşı olanda onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən bu günə qədər müalicələrini etdirsək də, demək olar, heç bir irəliləyiş qeydə alınmayıb. Həkimlər Yusifin təcili qaraciyər köçürülmə əməliyyatına ehtiyacı olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl klinikalardan birində həyata keçiriləcək”.

Aygül Əliyeva bildirib ki, əməliyyat pulunu tamamlamaq üçün evlərini satıblar:

“Yusifə donor Türkiyədə tapılıb. Yusifin əməliyyatı üçün 45 000 dollara (76 500 manat) ehtiyac var. Əslində, məbləği tamamlamışdıq. Son günlərdə Yusifin halı anidən pisləşdi, həkim, analiz, dərmanlar üçün yenidən əməliyyat pulundan xərcləməli olduq. Hazırda əməliyyat məbləğimizin 1 000 manatı çatmır. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmaqlarını xahiş edirik. Nə qədər tez gedib əməliyyat olsa, onun səhhəti üçün o qədər yaxşıdır. Biz imkansız adamlarıq, mən işləmirəm, yoldaşım isə fəhlədir. O məbləği tapmaq bizim üçün qeyri-mümkündür. Buna görə də evimizi satmışıq. Yusif bizim tək övladımızdır. Onu itirmək bizə ölümə bərabərdir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 958-80-49

8.6032838821411