Biləsuvarda dəm qazından kütləvi zəhərlənmə olub
Biləsuvar rayonunda bu gün ərzində dörd fərqli ünvanda kütləvi dəm qazından zəhərlənmə hadisələri baş verib.
“Report”un məlumatına görə, hadisələr dörd fərqli ünvanda qeydə alınıb.
İlkin məlumata görə, ümumilikdə 11 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.