Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Silsilə deyilən ərazidə qeydə alınıb.

Belə ki, “Pajero” və VAZ-2107 markalı minik avtomobilləri toqquşublar. Qəza nəticəsində üç nəfər rayon sakini - 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.048289775848389