Şəkidə iki avtomobil toqquşub: Piyada xəsarət alıb
Şəkidə minik avtomobilləri toqquşub.
APA-nın məlumatına görə hadisə saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Ford” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.
Qəzadan sonra “Ford” ərazidə olan piyada - 1995-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Nəcməddin Məcnun oğlu Əhmədovu vurub. Xəsarət alan N. Əhmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.