20 yaşlı Ayselin anası fəryad edir: “Övladımı ölümün pənçəsindən xilas etməyiniz üçün yalvarıram” - FOTO

20 yaşlı Ayselin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Səbinə Məmmədova məlumat verib.

O bildirib ki, Aysel yenidən əməliyyat olunmalıdır.

“Ayselin 5 yaşı olanda qulağından çirk gəlməyə başladı, buna görə də əməliyyat olundu. Daha sonra vəziyyəti get-gedə pisləşməyə başladı. 2021-ci ilə qədər 4 dəfə beyin əməliyyatı keçirdi. Qulağının arxasında sümük olmadığı üçün ora implant taxılmışdı. Amma implant həm qırılıb, həm də şişdiyi üçün o yenidən əməliyyat edildi. Əməliyyat zamanı qırılmış implant çıxarılıb, yerinə yeni implant qoyuldu”.

Səbinə Məmmədova Ayselin yenidən əməliyyat olunmağı üçün sabah Türkiyəyə yola düşəcəklərini deyib.

“Ayselin implantı xəsarət almaması üçün qulağının arxa hissəsinə dəri köçürülməlidir. Buna görə sabah Türkiyəyə yollanırıq. Biletimizi yardımsevər bir şəxs alıb. Ayselin daha əvvəlki əməliyyatı isə sizin saytın oxucularının dəstəyi ilə olub. Övladımı ölümün pəncəsindən sizin izləyiciləriniz xilas edib. Bu əməliyyat üçün bizim 22 000 dollara ehtiyacımız var. Məbləğin isə cəmi 600 dolları var. Biz həyat yoldaşımla ayrılmışıq. Ayselə bir dəfə belə olsa, dəstək olmayıb. Bizə maddi dəstək ola biləcək heç kimim yoxdur. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 700-07-92.

Leo Bank: 4098 5844 9755 2503.

0.20623302459717