Nigar Şabanova: “Bəzi müğənnilərin oxuduğu mahnılar insanların tərbiyəsini pozur” - VİDEO

“Böyük sənətkarlarımız danışmadığı üçün məcbur qalıb mən danışıram”.

Bu sözləri ARB-nin efirində yayımlanan verilişlərdən birində Əməkdar artist Nigar Şabanova deyib.

O bildirib ki, bəzi müğənnilərin oxuduğu mahnılar insanların tərbiyəsini pozur.

“İndi elə müğənnilər çıxıb ki, nə notdan xəbəri var, nə də bəstəkar tanıyır. Amma sənətdən danışırlar, mənəm-mənəm deyirlər. Mənim heç bir mahnım trendə düşməyib, amma onlarınkı trenddədir. Çünki sənət heç vaxt trendə düşmür. Sənət zövqlü insanların beynində qalır, ruhunu dincəldir”, - deyə müğənni vurğulayıb.

0.08507513999939