“Nikosayağı” kimi tanınan bloqerin cinayət işi üzrə məhkəmə iclası keçirilir
“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.
Məhkəmə iclası qapalı olduğundan hər hansı bir məlumat əldə etmək mümkün olmayıb.
Xatırladaq ki, məhkəmə proseslərinin hazırlıq iclası və son - hökm hissəsi ictimaiyyət üçün açıq keçirilməlidir.
Bu da media nümayəndələrinin etirazına səbəb olub.
Hazırlıq iclası davam edir.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya edilib.