Cəlilabadda qızılcaya yoluxma ilə bağlı son vəziyyət AÇIQLANDI

Son günlərrayonunda qızılca virusuna yoluxma sayında azalma müşahidə olunur.

“Report”un məlumatına görə, ötən ilin noyabr ayından etibarən rayon üzrə 391 nəfər (18 yaşdan kiçiklər - 259 nəfər, 18 yaşdan böyüklər - 132 nəfər) bu virusa yoluxub.

Hazırda 89 aktiv xəstə müalicə olunur.

Qeyd edək ki, ötən həftə bu xəstəliyə yoluxma sayında artım müşahidə olunurdu. Bunun səbəbi də soyuq hava şəraiti ilə əlaqələndirilirdi.

0.10830307006836