Kərim Benzema “Əl-İttihad”ı tərk etmək istədiyini bildirib
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubunun rəhbərliyinə komandanı müvəqqəti tərk etməli olduğunu bildirib.
Məlumata görə, 36 yaşlı futbolçunun istəyi onun öz üzərində həddindən artıq təzyiq hiss etməsi ilə bağlıdır.
“Əl-İttihad” mövcud vəziyyəti həll etmək üçün Benzemaya onu Səudiyyə Ərəbistanı çempionatından başqa kluba icarəyə vermək variantını təklif etsə də, fransız bu təklifi rədd edib.
Xatırladaq ki, daha əvvəl Benzema “Əl-İttihad”ın düşərgəsinə gec gəldiyi üçün məşqlərdən uzaqlaşdırılıb. Mətbuatda yayılan məlumata görə, futbolçu hazırda fərdi məşq edir.
Qeyd edək ki, Benzema ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Mənbə: championat.com